Türkiyəni təhqir edən ulduz futbolçu üzr istədi

Türkiyəni təhqir edən ulduz futbolçu üzr istədi
  27 Aprel 2015    Oxunub:2479
“Barselona”nın ulduz futbolçusu Daniel Alveş türklərdən üzr istəyib.
AzVision.az xəbər verir ki, bu barədə D.Alveş "twitter" səhifəsində yazıb:

`Türk azarkeşlərimizdən üzr istəyirəm. Fotoların onları bu qədər məyus edəcəyini düşünməmişdim. Bir çox türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm. İnsanlara heç vaxt zərər vermərəm`.

Qeyd edək ki, D.Alveş öz hesabında `erməni soyqırımı`nı dəstəkləyən foto paylaşmışdı. Bu foto isə həm Azərbaycan həm də Türkiyə vətəndaşlarının etirazına səbəb olmuşdu.


Teqlər:  





Xəbər lenti