Məleykə Abbaszadə bölgələrə gedəcək

Məleykə Abbaszadə bölgələrə gedəcək
  27 May 2013    Oxunub:1022
TQDK sədri Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Göyçayda keçiriləcək qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Ağsu sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Şamaxı rayonundakı qəbulda Şamaxı, Qobustan, İsmayıllı sakinləri ilə və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüş olacaq. Göyçayda qəbul iyunun 5-də, Şamaxıda qəbul iyunun 7-də keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə və ya TQDK-nın Göyçay regional bölməsinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Teqlər:  





Xəbər lenti