“Neftçi” çempionluqla vidalaşdı

“Neftçi” çempionluqla vidalaşdı
  26 Aprel 2015    Oxunub:2300
Azərbaycan Premyer Liqasında XXXI turunun oyunları keçirilib.
Turun bütün oyunları eyni gündə baş tutub. “Xəzər Lənkəran” öz meydanında “Qəbələ”ni qəbul edib. Cavid Hüseynovun matçın 48-ci dəqiqəsində vurduğu qol “Qəbələ”yə ardıcıl 8-ci qələbəni qazandırıb.

Kubokun yarımfinalında mübarizəni dayandıran “Simurq” səfərdə “Sumqayıt”ın qonağı olub. Bu görüşün də taleyini bir qol həll edib. Matçın 49-cu dəqiqəsində hesabı açan "Sumqayıt" bu üstünlüyünü sonadək qoruyub - 1:0.

“İnter” öz meydanında AZAL-la 2:0 hesabı ilə qalib gəlib.

Turun ən maraqla gözlənilən oyunu da paytaxtda baş tutub. Burada əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” qarşılaşıb. Oyun Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Teqlər:





Xəbər lenti