Klassik mahnılarımız rok üslubunda

Klassik mahnılarımız rok üslubunda
  24 Aprel 2015    Oxunub:2711
Azərbaycanlı roker Qara Dərvişin (Hikmət Poladzadə) “Milli İncilər” (National Pearls) adlı işıq üzü görüb. Albomda klassik mahnılarımızın rok aranjmanları yer alır.

İki ildir üzərində çalışılan albomun ərsəyə gəlməsində 25 musiqi sənətkarı iştirak edib. O cümlədən, xalq artistləri Alim Qasımov və Əlixan Səmədov da albom üçün töhfələrini veriblər. Belə ki, albomun bir mahnısı Qara Dərviş-Alim Qasımov-Əlixan Səmədovun dueti şəklindədir.

Albomun səs yazmaları Azərbaycanda və Türkiyədə “Darvisch Production”da həyata keçirilib, yayımlanması isə “Sekiz müzik yapım” şirkətinə məxsusdur.

Aprelin 11-dә İstanbulda tәqdimatı olan "Natinal Pearls" albomunu 18 apreldə TEDx-Bakıda dinlәyicilәrinә vә musiqisevәrlәrә tanıdılıb.


Teqlər:





Xəbər lenti