Açıqlandı - Elnur qalib olacaq

Açıqlandı - Elnur qalib olacaq
  24 Aprel 2015    Oxunub:3106
Eurovision” musiqi yarışmasının başlamasına 1 aydan da az vaxt qalıb.
Müxtəlif ölkələrin bukmeykerləri qalibin adlarını açıqlayır. “YouTube” videoizləmə portalı da prosesdən kənarda qalmayaraq iki yarımfınalın qaliblərinin adlarını açıqlayıb.

Məlum olduğu kimi, “YouTube”da əsas baxış sayı nəzərə alınır. Bu səbəbdən video portalın hesablamasına görə, birinci yarımfinalın qalibi Rusiyanın təmsilçisi Polina Qaqarina olacaq. Onun videosu 3 milyondan çox izlənilib. İkinci yerdə Albaniya, üçüncü yerdə isə Ermənistan gəlir.

İkinci yarımfinalın qalibi isə “YouTube”un proqnozuna əsasən, Azərbaycanın təmsilçisi Elnur Hüseynov olacaq. Onun klipi sayta 1 milyona yaxın izlənilib. İkinci yerdə İsrail, üçüncü yerdə isə İslandiya qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında səhnəyə çıxacaq.




Teqlər:





Xəbər lenti