Şəkidə faciə: yeni evlənən gənc özünü öldürdü

Şəkidə faciə: yeni evlənən gənc özünü öldürdü
  22 Aprel 2015    Oxunub:2244
Şəkidə yeni ailə quran 24 yaşlı gənc intihar edib.
AzVision.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda ata olacaq şəxs özünü yaşadığı evin həyətindəki heyva ağacından asıb.

Hadisə rayonun Baltalı kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Malik Hacıbalayev özünü həyətlərindəki heyva ağacından asıb. Onun meyiti heyva ağacından asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Yaxınları onu xilas etməyə çalışsalar da, artıq gec olub.

Kənd sakinləri Malik Hacıbalayevin yumşaq təbiətli biri olduğunu və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu söyləyiblər. Bir ilə yaxındır ailə quran gənc yaxın vaxtlarda ata olacaqdı. Onun banklardan birinə kredit borcunun olduğu da bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.




Teqlər:





Xəbər lenti