Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu

Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu
  22 Aprel 2015    Oxunub:2533
Sabirabad rayonunda üçəm doğulub.
AzVision.az xəbər verir ki, Sabirabad rayon Perinatal Mərkəzindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı ötən gün mərkəzdə üç qız dünyaya gətirib.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1, 3,0 və 2,8 kiloqramdır.

Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adları qoyublar. Körpələrin vəziyyətinin normal olduğu bildirilib.


Teqlər:





Xəbər lenti