Finalın adı məlum oldu: "Qarabağ" - "Neftçi"
Orxan Məmmədovun idarə etdiyi oyunda hesab açılmayıb. Komandalar arasında keçirilən ilk oyun “Qarabağ”ın minimal üstünlüyü ilə başa çatmışdı – 1:0. İki oyunun nəticəsinə görə “Qarabağ” Azərbaycan kuboku yarışlarının finalına yüksəlib.
Növbəti oyunda isə paytaxtın iki komandası "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirib. "İnter Arena"da keçirilən matçda hesabı qonaqlar açıb. "Ağ-qaralar"ın heyətində Nikolas Kanales komandasını hesabda irəli çıxarıb. Cəmi 10 dəqiqə sonra, 37-ci dəqiqədə Arif Daşdəmirov komandasının bərabərlik topunu vurub - 1:1. İlk hissə bu hesabla da başa çatıb. İkinci 45 dəqiqəyə daha aktiv başlayan meydan sahibləri 56-cı dəqiqədə hesabda önə keçiblər. Baçana Sxadadze baş zərbəsi ilə rəqib qapısına yol tapıb. Qarşılaşma bu hesabla da başa çatıb və iki oyunun nəticəsinə əsasən "Neftçi" finala adlayan tərəf olub.
Beləliklə, Azərbaycan Kubokunun finalında "Qarabağ" və "Neftçi" komandaları mübarizə aparacaq.