“Bavariya”da 161 milyonluq itki

“Bavariya”da 161 milyonluq itki
  21 Aprel 2015    Oxunub:1708
Bu gün keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin “Portu”ya qarşı cavab oyununda “Bavariya”nın bir neçə aparıcı futbolçusu meydana çıxmayacaq.
AzVision.az xəbər verir ki, zədə səbəbindən Aryen Robben, David Alaba, Mehdi Benatia, Xavi Martines, Tom Ştarke və böyük ehtimalla Frank Riberi oyunu buraxmalı olacaq.

Rusiyanın “Sport-ekpress” qəzetinin hesablamasına əsasən, təkcə “Bavariya”nın adları çəkilən oyunçularının qiyməti 161,5 milyon avro təşkil edir.

Ştarke – 500 min avro

Alaba – 38 milyon avro

Benatia – 28 milyon avro

Riberi – 32 milyon avro

Xavi Martines – 30 milyon avro

Robben – 33 milyon avro

Qəzet “Bavariya”nın bu gün üçün sağlam olan futbolçularının qiymətini hesablayıb. Məlum olub ki, onların ümumi qiyməti 389, 85 milyon avrodur. (qol.az)


Teqlər:





Xəbər lenti