AFFA klubları yenə cəzalandırdı

AFFA klubları yenə cəzalandırdı
  21 Aprel 2015    Oxunub:1734
AFFA bəzi klubları yenə cəzalandırıb.
AFFA-dan AzVision.az-a verilən məlumata görə, 16 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Bakı” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

16 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

16 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Simurq” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Qarabağ” klubunun 33 №-li futbolçusu Şəhriyar Əliyev meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

18 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Rəvan” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin göstərişilə meydançanı tərk etmişdir. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirmiş, hakimləri təhqir etmişdir. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunmuş və matç sona qədər oynanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir;

“Rəvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62).

“Qaradağ Lökbatan” klubu meydanı tərk edərkən klubunun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasın və hakimlər komitəsin təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur. (maddə 81), (maddə 10).

“Qaradağ Lökbatan” klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunur(maddə 53.2). Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.

Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 77 №-li futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

18 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

19 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “MOİK” – “Mil-Muğan” matçının 56-cı dəqiqəsində “MOİK” klubunun 14 №-li futbolçusu Araz İbadlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

15 aprel 2015-ci il U-19 Liqasının “Neftçi” – “Simurq” matçının 45-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

15 aprel 2015-ci il U-19 Liqasının AZAL – “Xəzər Lənkəran” matçının 44 - cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Məhərrəm Bağırzadə texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır (maddə 62).

13 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – “Neftçi İK İB” matçının 90-cı dəqiqəsində “Neftçi İK İB” klubunun 11 №-li futbolçusu Hüseyn Salayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

13 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Simurq” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Simurq” klubunun 13 №-li futbolçusu Cuma Orucov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

13 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Vətən” – “Bakı” matçının 62-ci dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu Emil Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

16 aprel 2015-ci il U-16 Liqasının “Qarabağ” – “Turan” matçının 17-ci dəqiqəsində “Turan” klubunun 17 №-li futbolçusu Vüsal Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyun başa çatdıqdan sonra “Turan” klubunun 4 №-li futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

16 aprel 2015-ci il U-16 Liqasının “Xəzər Lənkəran” – “Bakı” matçının 80-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 20 №-li futbolçusu Əli Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

16 aprel 2015-ci il U-16 Liqasının “Qəbələ” – “MKT Araz” matçında “MKT Araz” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

U-16 Liqasının “Rəvan” FK klubu AFFA ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdıqlarını bildirmişlər. Göndərilən məktubu nəzərə alaraq İntizam Komitəsinin qərarı ilə “Rəvan” FK klubu U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılır.Klub oyunların 50 % - dən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 56.3).

14 aprel 2015-ci il U-15 Liqasının “Xəzər Lənkəran” – “Vətən” matçının 13-cü dəqiqəsində “Vətən” klubunun 4 №-li futbolçusu Fərhad Şərifovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
Oyunun 70+3 -cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 24 №-li futbolçusu Zamiq Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

15 aprel 2015-ci il Coca Cola U-13 Liqasının “Vətən” – “İnter” matçında “İnter” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

08 aprel 2015-ci il Coca Cola U-13 Liqasının “Şərur” – “Şahbuz” matçında “Şərur” klubunun heyətində qeydiyatda olmuyan futbolçu meydana daxil olduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51.2).




Teqlər:  





Xəbər lenti