Xalq artisti yüksək qan təzyiqindən əziyyət çəkir

Xalq artisti yüksək qan təzyiqindən əziyyət çəkir
  25 May 2013    Oxunub:1445
“Həyat yoldaşı onun qulluğunda dayanır”
Azərbaycanın məşhur aktyoru, Xalq artisti Muxtar Manıyevın səhhəti ilə bağlı problemləri hələ də qalır. Aktyorun yaxın qohumunun AzVision.az-a verdiyi məlumata görə, Muxtar Manıyev xeyli müddətdir şəkər xəstəliyi və qan təzyiqindən əziyyət çəkir: “Yaşlı adamdır, 78 yaşı var. Şəkəri və təzyiqi yüksəkdir. Iki dəfə infarkt keçirib. Hazırda ev şəraitində müalicə olunur. Elə yoldaşı, övladları, mən baxıram. İndi yaxşıdır.Hazırda evdə deyil, bağa dincəlməyə gedib”

Xatırladaq ki, Xalq artisti 157 filmdə, 20 tamaşada rol alıb. Muxtar Maniyev 50 yaşında əməkdar, 65 yaşında xalq artisti adına layiq görülüb.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti