İrandan narkotik keçirmək istədi

İrandan narkotik keçirmək istədi
  15 Aprel 2015    Oxunub:1317
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.
DGK Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Dadaşov gömrük nəzarətindən keçən zaman onun ayağındakı ayaqqabının hər tayında gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan tiryək aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti