Mayın 31-də siqaret qadağan ediləcək ?

Mayın 31-də siqaret qadağan ediləcək ?
  24 May 2013    Oxunub:1124
Millət vəkili siqaretin ləğvindən danışdı
Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva Parlamentdə 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.

AzVision.az-ın məlumatına görə,millət vəkili Qənirə Paşayeva bildirib ki, qarşıdan 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü gəlir : "Çox vacibdir ki, ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsi 31 mayda parlamentin müzakirəsinə çıxarılsın. Biz bununla bağlı beynəlxalq konvensiyalara da qoşulmuşuq və bu qanunun artıq müzakirəyə çıxarılması, qəbul edilməsi vacibdir. Bu müzakirəni başlamaq 31 may- Ümumdünya Tütünlə Mübarizə Günündə edə biləcəyimiz ən yaxşı töhfə ola bilərdi."

Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac var : “Parlamentin Sosial Siyasət Komissiyası tərəfindən “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun hazırlanıb. Bu cür qanunun qəbul edilməsinə ehtiyac var. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər. Bununla bağlı bizim artıq hazır qanun layihəmiz var və onu 31 may- Ümumdünya Tütünlə Mübarizə Günündə müzakirəyə çıxarmaq çox yaxşı olardı”, – Qənirə Paşayeva vurğulayıb

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti