Evləri yanan sakinlərə pul veriləcək - FOTOLAR, VİDEO (Yenilənib)

Evləri yanan sakinlərə pul veriləcək - FOTOLAR, VİDEO (Yenilənib)
  11 Aprel 2015    Oxunub:7486
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev Bakının Zığ şosesində yanan bina ilə bağlı açıqlama verib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, o,deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb"

R. Xudiyevin sözlərinə görə, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".

***

Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin hamısı təxliyyə olunub.

***

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Zığ şosesi, 20 ünvanı, "Nargilə" kafesinin yaxınlığında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar yanır.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.

Artıq yanğın mənzillərə keçib. Sakinlər binadan təxliyə olunur.

***
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.











AzVision.az


Teqlər:  





Xəbər lenti