UEFA tarixində ilk – oyun təkrar keçiriləcək
Belə ki, Marija Kurtesin hakimlik etdiyi oyun əvvəlcə Norveçin 2-1 hesabı ilə üstünlüyü ilə davam edirdi. Daha sonra hakimin qərarı iləə ingiltərəli futbolçu Lih Uilyamson Norveçin qapısına penalti zərbəsi ilə qol vurub və hesab bərabərləşib: 2-2.
Halbuki penalti vurulan zaman cərimə meydançasında başqa futbolçu da olub və hakim penaltini təkrarlanmasını tələb etməli olduğu halda bunu etməyib və Norveçin lehinə sərbəst atış verib.
Oyun Norveçin 2-1 üstünlüyü ilə başa çatsa da etirazlara görə UEFA oyunun səhvə yol verildiyi dəqiqədən etibarən yenidən keçirilməsinə qərar verib.
Hər iki komanda eyni oyunçularla oynayacaq, amma İngiltərə komandası penalti zərbəsini vurmaq üçün fərqli oyunçu seçə bilər.
Alman hakim Marija Kurtes isə bu oyunda olmayacaq.
Fatimə Kərimli