Atəş kəsilmir

Atəş kəsilmir
  24 May 2013    Oxunub:1148
Ermənilər atəşkəs rejimini növbəti dəfə pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Kəngərli, Şıxlar, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Teqlər:





Xəbər lenti