`Fənərbaxça` çempionatdan imtina etdi

`Fənərbaxça` çempionatdan imtina etdi
  07 Aprel 2015    Oxunub:3370
Türkiyənin "Fənərbaxça" klubunun nümayəndəsi Dəniz Tolqa Aytörə klubun çempionatda iştirakdan imtina etdiyini bildirib.
Xatırladaq ki, aprelin 4-də klubun avtobusu silahlı hücuma məruz qalıb.

"İnsidentin təfərrüatları ortaya çıxmadan biz futbol oynamayacağıq. Belə şəraitdə oyunların keçirilməsi mənasızdır. Oyun üzündən insan həyatını təhlükəyə atmaq olmaz", - klub təmsilçidi bəyan edib.

Qeyd edək ki, Türkiyə Superliqasında və ölkə Kubokunda oyunlar bir həftə müddətinə təxirə salınıb.


Teqlər:





Xəbər lenti