`Neftçi`nin futbolçusundan biabırçı hərəkət

`Neftçi`nin futbolçusundan biabırçı hərəkət
  06 Aprel 2015    Oxunub:2217
Azərbaycan Premyer Liqasında 28-ci turu çərçivəsində bu gün keçirilən "Simurq" - "Neftçi" qarşılaşmasında biabırçı olay yaşanıb.
Belə ki, "Neftçi"nin futbolçusu Julius Vobay qarşılaşma zamanı azarkeşlərə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək qeyri-etik hərəkət edib.

Onun bu hərəkətinə hakim heç bir reaksiya göstərməyib. Daha doğrusu oyunu idarə edən hakimin həmin epizodu görüb-görmədiyi məlum deyil.

"Simurq"un mətbuat xidməti Rüstəm Allahverdiyev Anspress-ə açıqlamasında Julius Vobayın qeyri-etik jest etdiyini təsdiqlədi.

Onun sözlərinə görə, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib: "Neftçi"nin futbolçusunun qeyri-etik hərəkəti ilə bağlı qarşılaşmanın inpektoruna məlumat verildi".

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb.


Teqlər:





Xəbər lenti