Mahir Şükürov məşqə buraxılmadı

Mahir Şükürov məşqə buraxılmadı
  04 Aprel 2015    Oxunub:1824
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun düşərgəsinə qayıdıb.
O, hazırda İzmirdə olsa da, PTT 1-ci liqanın növbəti turu çərçivəsində “Adana Dəmirspor”la oyuna hazırlaşan komandasının məşqinə buraxılmayıb.

Buna səbəb onun millimizdən düşərgəsindən 3 gün gec qayıtması göstərilir. Baş məşqçi əvəzi Ayhan Akman ona klubun bazasını tərk etməyi tapşırıb.

Türkiyə klubunun Mahir Şükürovu buna görə cəzalandırması gözlənilir. (Ans)


Teqlər:





Xəbər lenti