“6 aydır maaş ala bilmirik” – Mahir Şükürov

“6 aydır maaş ala bilmirik” – Mahir Şükürov
  02 Aprel 2015    Oxunub:4188
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun heyətindən kənarlaşdırılmayıb.
Bunu AzVision.az-a açıqlamasında məşhur futboçunun qardaşı Ümid Şükürov deyib.

O, qardaşının üzvi olduğu klubdan uzaqlaşdırılması haqda məlumatlara aydınlıq gətirib:

“Qardaşımla indi əlaqə saxlamışıq. O, heyətdən kənarlaşdırılmayıb. Mahir bizə 6 aydır ki, klub rəhbərliyi tərəfindən maaşının verilmədiyini dedi. Mahir maaşının verilməməsinə etiraz edir. Amma hələ ki, klubdan ayrılmayıb. Bu barədə çıxan xəbərlər yalandır”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda M. Şükürovun “Karşıyaka” klubunun heyətindən uzaqlaşdırıldığı qeyd olunub.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti