Mahir Şükürov türk klubundan qovuldu
“Qalatasaray”ın keçmiş futbolçusunun sözlərinə görə, milli komandanın Malta ilə oyunu üçün Bakıya gələn Mahir “Karşıyaka”nın düşərgəsinə gec qatıldığı üçün heyətdən uzaqlaşdırılıb. O, bundan sonra komandadan ayrı, fərdi qaydada məşq edəcək.
Həmyerlimiz “Karşıyaka”nın düşərgəsinə bu gün qoşulub ki, onun hərəkəti klub rəhbərliyi və məşqçilər korpusunu özündən çıxarıb. Şükürovun nə vaxta kimi tək məşq edəcəyi hələ bilinmir. Onun Türkiyə klubundan göndərilmək ehtimalı da var: “Əsas komandaya nə vaxt qayıdacağı bəlli deyil”.
Qeyd edək ki, karyerası ərzində tez-tez klub dəyişən Mahir Şükürov ötən ilin yayından “Karşıyaka”nın formasını geyinir.
AzVision.az