Çingiz Abdullayev rəsmən `Neftçi`nin rəhbəri oldu
Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.
AzVision.az-ın məlumatına görə, iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumu tərkibində faəliyyət göstərəcəyini deyib.
AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu qeyd edib.
Bundan sonra “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.
AzVision.az