Xanım idmançımız dünya birincisi oldu

Xanım idmançımız dünya birincisi oldu
  31 Mart 2015    Oxunub:2910
İdmançımız dünya kubokuna sahib olub.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AzVision.az-a verilən məlumata görə, İngiltərənin Stokmondevill şəhərində güllə atıcılığı üzrə keçirilən dünya kubokunun ilk günündə qadınlar arasında çıxış edən Milli Paralimpiya Komitəsinin idmançısı Elena Taranova 10m məsafədə pnevmatik tapançadan atəş açma növündə ən yüksək nəticə göstərərək dünya kubokuna sahib olub.

Hafiz


Teqlər:





Xəbər lenti