Türkiyə `Bakı-2015`ə 153 idmançı göndərir

Türkiyə `Bakı-2015`ə 153 idmançı göndərir
  30 Mart 2015    Oxunub:1633
Türkiyə Bakı-2015 I Avropa Oyunlarına 20 idman növü üzrə 153 idmançı ilə qatılacaq.
APA-nın Türkiyə Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, artıq bu ölkənin I Avropa Oyunlarına 20 idman növü üzrə iştirak edəcəyi dəqiqləşib.

Türkiyə Oyunlarda atıcılıq 4, atletika 1, bədii gimnastika 4, basketbol 8, veloyarış 6, boks 13, qılıncoynatma 3, güləş 24, karate 11, stolüstü tennis 2, oxatma 2, çimərlik voleybolu 4, sambo 1, sinxron üzgücülük 10, su polosu 13, triatlion 3, voleybol 24, üzgücülük 12, cüdo 2, kanoedə 6 nəfərlə təmsil olunacaq.

Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir.


Teqlər:





Xəbər lenti