AFFA-dan zədələnən futbolçuya jest

AFFA-dan zədələnən futbolçuya jest
  30 Mart 2015    Oxunub:2336
AFFA Azərbaycan milli komandasının Malta yığması ilə AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi oyunda zədələnən futbolçu Namiq Ələsgərovun bütün müalicə xərclərini öz üzərinə götürüb.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, 6 ayadək müddətə sıradan çıxan "Qarabağ" klubunun 19 yaşlı yarımmüdafiəçisinin əməliyyat və digər xərclərini federasiya çəkəcək: "Namiq Ələsgərov yığmanın düşərgəsində olarkən zədə alıb. Bu səbəbdən onun müalicəsi üçün lazım olan xərcləri də biz ödəyəcəyik".

Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan-Malta qarşılaşmasının 22-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə xəsarət alaraq, meydanı vaxtından əvvəl tərk etməli olub. Bu gün aparılan MR müayinəsindən sonra onun ön carpaz bağlarının sıradan çıxdığı məlum olub.


Teqlər:





Xəbər lenti