Səfər Əbiyev Moskvaya gedib

Səfər Əbiyev Moskvaya gedib
  22 May 2013    Oxunub:1088
Müdafiə naziri beynəlxalq konfransda iştirak etmək üçün Rusiya paytaxtına yola düşüb.

Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev “Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün bu gün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti