Millimiz yenə məğlub oldu

Millimiz yenə məğlub oldu
  26 Mart 2015    Oxunub:2495
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, portuqaliyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olub.

Oyunun 1-ci dəqiqəsində yığmamızın üzvü Aqşin Hüseynov qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.

Yığmamız növbəti oyununu martın 27-də Rusiya komandasına qarşı keçirəcək.




Teqlər:  





Xəbər lenti