Millimizin oyununu türk hakimlər idarə edəcək

Millimizin oyununu türk hakimlər idarə edəcək
  25 Mart 2015    Oxunub:1831
Martın 28-də "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Malta matçının hakimləri müəyyənləşib.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Cem Satman və Əkrəm Kan köməklik edəcək. Kamal Yılmaz isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də keçiriləcək Azərbaycan - Malta oyunu saat 21:00-da başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti