Ramiz Mehdiyev korrupsiya ilə bağlı görüş keçirib

Ramiz Mehdiyev korrupsiya ilə bağlı görüş keçirib
  22 May 2013    Oxunub:1258
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri Ramiz Mehdiyev Korrupsiya əleyhinə Parlamentarların Qlobal Təşkilatının (QOPAK) Direktorlar Şurasının sədri Senator Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ümumi dövlət siyasəti, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ortaya qoyulmuş qəti siyasi iradə və həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilib, QOPAK təşkilatı ilə gələcək əməkdaşlığın perspektivləri və formaları müzakirə olunub.

Görüş zamanı Azərbaycanda dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində tədbirlər, ASAN Xidmət mərkəzlərinin fəaliyyəti, elektron xidmətlərin əhatəsinin genişlənməsi kimi məsələlər QOPAK nümayəndələri tərəfindən maraqla qarşılanıb və geniş fikir mübadiləsi aparılıb.

QOPAK nümayəndələri Azərbaycanda bu sahədə görülən tədbirləri yüksək qiymətləndirib və ümumən Azərbaycanın hazırkı inkişaf səviyyəsindən heyrətləndiklərini bildiriblər.

Görüşün sonunda gələcək əməkdaşlıq əlaqələrinin daha intensiv davam etdirilməsi və birgə layihələrin icrası barədə qərar qəbul edilib.


Teqlər:  





Xəbər lenti