Azərbaycanlılar voleybol oyununda dava saldı - İranda

Azərbaycanlılar voleybol oyununda dava saldı - İranda
  20 Mart 2015    Oxunub:2668
İranda voleybol liqasının final oyunu zamanı azarkeşlər arasında dava baş verib.
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dava İran azərbaycanlılarının sıx olaraq yaşadığı şimal bölgəsindəki komandalardan biri olan "Urmiya bələdiyyə" komandası ilə "Peykan Tehran" komandası arasında keçirilən oyun zamanı baş verib.

Urmiya komandasının tərəfdarlarının "Yaşasın Azərbaycan" pankartı səsləndirməsi digər komandanın azerkeşlərinin etirazına səbəb olub. Hadisə zamanı İran polisi Azəri kökənli tərəfdarlara sərt müdaxilə edib. Nəticədə bir neçə nəfər yaralanıb, digərlər azerkəşlər isə polis tərəfindən nəzarətə götürülüb.

Yaralılardan biri olan 10 yaşlı uşağın vəziyyəti isə ağırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti