Avropa Liqasında 1/4 finalçılar bəlli oldu
İki İtaliya klubunun - “Roma” və "Fiorentina” kollektivlərinin mübarizəsində Florensiya təmsilçisi 0:3 hesabı ilə qalib gəlib.
Günün digər qarşılaşmaları “Dinamo” (M, Rusiya) - “Napoli” (İtaliya) - 0:0, “Dinamo” (K, Ukrayna) – Everton” (İngiltərə) - 5:2, “Ayaks” (Hollandiya) - "Dnepr” (Ukrayna) - 2:1, “İnter” (İtaliya) - "Volfsburq" (Almaniya) - 1:2, “Sevilya” (İspaniya) - “Vilyarreal” (İspaniya) - 2:1, “Torino” (İtaliya) - “Zenit” (Rusiya) - 1:0 nəticələnib.
Beləliklə, “Napoli”, "Fiorentina”, Kiyev “Dinamo”su, “Brügge”, "Volfsburq", “Sevilya”, “Zenit” və “Ayaks” kollektivləri Avropa Liqasının 1/4 final mərhələsinə yüksəliblər.
Teqlər: