Seriallara pul ayrılma qaydası dəyişəcək

Seriallara pul ayrılma qaydası dəyişəcək
  21 May 2013    Oxunub:1317
“Seriallar üçün ayrılan vəsaitlər bundan sonra hissə-hissə telekanallara veriləcək”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan sonar telekanallarda birbaşa pul köçürülməyəcək.

“Hətta düşünürük ki, bu ilin pul vəsaiti gələn ilədə keçirilə bilər. Bu ola da bilər, olmayada bilər. Bu situasiyadan asılıdır. Əgər biz görsək ki, ilk çəkdiyimiz serial daha keyfiyyətlidir, onun maliyyə vəsaitinin verilməsini daha da sürətləndirəcəyik. Kanallara ayrılacaq vəsaitin məbləğini bu başdan demək olmaz. Bu dövlətin bu sahəyə dəstəyi və köməyidir. Biz bu serialların 5-10 seriyasının çəkilməsinə kömək edirik. Bu vəsait serialların tamamilə inkişaf etdirilməsi üçün ayrılmır”.

Anar


Teqlər:  





Xəbər lenti