DİN-dən növbəti səyyar xidmət
Eyni zamanda, sözügedən Baş İdarə və Pirallahı RPŞ-nin və Qaradağ RPİ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən 35 kilometr aralıda yerləşən Çilov adasında və Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində də səyyar xidmət keçirilib.
Burada keçirilmiş anoloji xidmətlər zamanı ümumən 136 nəfər yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Orta məktəblərin 38 buraxılış sinif şagirdinin müvafiq sənədləri qəbul olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.