Rövnəq Abdullayev `Hafka`nı 21 min cərimələdi

Rövnəq Abdullayev `Hafka`nı 21 min cərimələdi
  19 Mart 2015    Oxunub:2068
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 26-cı turunun və Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin AZAL - “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” - “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Premyer Liqanın XXVI turunun “Bakı” - “Simurq” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun fasiləsi zamanı “Bakı” klubunun məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.


Teqlər:  





Xəbər lenti