İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat

İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat
  21 May 2013    Oxunub:1159
Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.

Bu barədə bəyanat mayın 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumunun sonunda qəbul edilib.

Bəyanatı səsləndirən UAGB-nin sədri Anar Tahirov bildirib ki, Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları bütün bunları nəzərə alaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edirlər:

"Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq".

Bəyanatda daha sonra qeyd olunub ki, Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər müstəqil Azərbaycan dövlətinə xidmət etməyi özlərinə ən ümdə vətəndaş borcu hesab edirlər:

"Vətənimizin sıravi əsgərləri tək cənab Prezident İlham Əliyevin əmrinə müntəzir olaraq istənilən zaman silaha sarılıb işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirirlər. Minlərlə azərbaycanlı gənci ətrafında birləşdirən UAGB-nin hər bir üzvü cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyur. Son 10 ildə ölkəmizdə həyata keçirilən qlobal iqtisadi layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, yaşadığımız və təhsil aldığımız Ukrayna ilə Azərbaycan arasındakı iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb".
Qeyd edək ki, ASAİF-in təşkilatçılığı ilə iki gün davam edən "Reallaşan ideyalar" devizli forumda müxtəlif mövzularda panel çıxışlar olub.



Teqlər:





Xəbər lenti