“Bakı-2015” 55 ölkədə yayımlanacaq

“Bakı-2015” 55 ölkədə yayımlanacaq
  19 Mart 2015    Oxunub:1881
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarışların Hindistanda yayımlanması üçün “NEO Sports” şəbəkəsi ilə saziş imzalayıb.
Sazişə əsasən “Bakı-2015” Avropa Oyunları “NEO Sports” və “NEO Prime” kanalları vasitəsilə Hindistanın bütün ərazisində yayımlanacaq. Avropa Oyunları ilə bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı videomateriallar maksimum sayda tamaşaçının televiziyaya baxdığı vaxtda nümayiş etdiriləcək. Oyunlar kanallar və şəbəkənin vebsaytı vasitəsilə təbliğ olunacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də birbaşa yayımlanacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “NEO Sports” şəbəkəsinin sonuncu yayım tərəfdaşlarından biri olmasından məmnunluğunu bildirərək deyib: “Birinci Avropa Oyunlarının Hindistandakı idman azarkeşləri üçün yayımlamasını səbirsizliklə gözləyirəm. Hindistan əhalisinin sayına görə dünyada ikinci yerdədir və əsas idman ölkələrindəndir. İmzaladığımız saziş sayəsində Avropa Oyunlarının brendi və Oyunlarla bağlı mesajımız daha geniş əraziyə yayılacaq”.

“NEO Sports” kanalının icraçı vitse-prezidenti Mautik Tolia söyləyib: “Tamaşaçılarımız bütün dünyada keçirilən yüksək səviyyəli idman yarışlarına çox həvəslidirlər. Onlar bu yay Bakıda keçiriləcək yarışları izləməkdən zövq alacaqlar. Avropa Oyunları beynəlxalq idman təqvimində yeni hadisə olacaq. “NEO Sports” kanalı Oyunları hindistanlı azarkeşlər üçün təqdim etməkdən qürur hissi duyur”.

Bu sazişin bağlanması ilə Avropa Oyunları ABŞ, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacaq.



Teqlər:





Xəbər lenti