Qalmaqal: Ronaldu “Real” azarkeşlərini söydü

Qalmaqal: Ronaldu “Real” azarkeşlərini söydü
  17 Mart 2015    Oxunub:2258
Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının 27-ci turu çərçivəsində “Levante” ilə baş tutan qarşılaşmada öz komandasının azarkeşlərini təhqir edib.
Bu barədə AzVision.az İspaniyanın “Marca” qəzetinə istinadən xəbər verir.

İnsident oyunun 81-ci dəqiqəsində baş verib. “Santyaqo Bernabeu” stadionunda Kriştianu Ranoldunun oyunundan narazı qalan azarkeşlər onu fitə basıb. Portuqaliya millisinin hücumçusu buna cavab olaraq azərkeşləri təhqir edib. Bu kadr telekameralara düşüb.

Hadisə ilə bağlı hələ ki, nə klub, nə də Ronaldu insidentlə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, hazırda Ronaldu “Real”ın heyətində 34 oyuna çıxıb və rəqib qapılarına 39 qol vurub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti