`Beşiktaş` və `İnter` uduzdu

`Beşiktaş` və `İnter` uduzdu
  13 Mart 2015    Oxunub:1457
Avropa Liqasında 1/8 finalın ilk oyunlarına start verilib.
Günün ilk qarşılaşması Rusiyada keçirilib. Peterburqda "Zenit" "Torino"nu qəbul edib. Oyun Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin "Beşiktaş" klubu səfərdə "Brügge"nin qonağı olub. İstanbul təmsilçisi ikinci hissənin əvvəlində hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib və görüşdən məğlub ayrılıb - 1:2.

"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" klubu öz meydanında "Ayaks"ı sınağa çəkib. Zozulyanın 30-cu dəqiqədə vurduğu qol Ukrayna təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0. İtaliya "İnter"i isə Almaniyada "Volfsburq"un qonağı olub və rəqibinə 1:3 hesabı ilə uduzub.


Teqlər:





Xəbər lenti