Olimpiya çempionumuz yenə uduzdu
Turnirin ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.
70 kiloqrama qədər kateqoriyada çıxış edən olimpiya çempionu Toğrul Əsgərov xalıya çıxıb. Amerikalı Sayler Sanderson və erməni əsilli ukraynalı Rüstəm Cəfəryana qalib gələn Toğrul dörddə bir finalda Rusiyadan olan İldus Qiniyatullinə uduzub və çıxışını başa vurub.
Şənbə günü çıxış etmiş digər beş azərbaycanlı güləşçi də medallar qazana bilməyib.
61 kq
1/32 final - Ruhlan Məmmədov - Vladimir Kudrin (KAZ)
1/16 final - Ruhlan Məmmədov - Co Makken (USA)
1/8 final - Daulet Niyazbekov (KAZ) - Ruhlan Məmmədov
70 kq
1/32 final - Mirza Abdulbekov (BLR) - Hacımurad Ömərov 0:10
1/16 final - Toğrul Əsgərov - Cyler Sanderson (USA)
1/16 final - Ceyson Uelş (USA) - Hacımurad Ömərov 10:6
1/8 final - Rustam Cafaryan (UKR) - Toğrul Əsgərov 6:7
1/4 final - Toğrul Əsgərov - İldus Giniyatullin (RUS)
86 kq
1/32 final - Məhəmmədhacı Xatiyev - Pyotr Yanulov (MDA)
1/16 final - Hacı Əlicanov - Selimmuhammet Muhadiyev (TKM)
1/8 final - Abdulraşid Sadullayev (RUS) - Hacı Əlicanov
Təsəlliverici görüş - Yevgeniy Aleşkeviç (BLR) - Hacı Əlicanov
Təsəlliverici görüş - Hacı Əlicanov - Pyotr Yanulov (MDA) 3:1
Bürünc medal görüşü - Hacı Əlicanov - Riçard Perri (USA) 1:4
125 kq
1/16 final - Əli Maqomedabirov - Dmitriy Popov (KAZ) 0:6
Xatırladaq ki, turnirin ilk günündə 97 kq çəki dərəcəsində finalda iki güləşçimiz qaşılaşıb. Xetaq Qazyumov və Şərif Şərifovun final görüşü birincinin qələbəsi ilə başa çatıb. İlk günün yekununda yığmamızın hesabında 1 qızıl və 1 gümüş medal var.
Teqlər: