Oğurluq etmək istəyən şəxs tutuldu

Oğurluq etmək istəyən şəxs tutuldu
  06 Mart 2015    Oxunub:1931
Bakıda marketdən oğurluq cəhdinin qarşısı alınıb. Bu barədə AzVision.az DİN-in Baş Mühafizə İdarəsinin saytına istinadla məlumat verir.

Bu gün gecə saat 04:05 radələrində Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun Hidayətzadə küçəsi, ev 26/28 ünvanında yerləşən, qorunmayan “Məhəllə” marketin jalüz qapısının qıfılını sındıraraq içəri daxil olmaq istəyən şəxsi saxlayıblar.

Müəyyən edilib ki, həmin şəxs Rusiya Federasiyasının Orcenekidze şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu A.Mirzəyev küçəsi ev 25 mənzil 1 ünvanda yaşayan, 26.12.1996-cı il təvəllüdlü Əsgərov Ramin Arif oğludur.

Mühafizə İdarəsinin əməkdaşları saxlanılan şəxsi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə təhvil veriblər. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci PB-də araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti