AFFA 22 milyonu hara xərcləyib?

AFFA 22 milyonu hara xərcləyib?
  06 Mart 2015    Oxunub:1656
AFFA illik gəlir və xərclərini açıqlayıb. 2014-cü ildə federasiyanın gəlirləri 22 790 150 manat olub.
AFFA keçən il 21 milyon 674 min manat xərcləyib. Bunun 9 606 288 milli komandalara, 2 487 880 hakimlərə, 2 293 760 maaşlar və ezamiyyətə, 2 104 237 manatı isə aşağı yaş qruplarının liqalarına xərclənib. Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilinə 420 536, rəsmi və yoldaşlıq görüşlərinin təşkilinə isə 407 982 manat ödənilib.

AFFA regional federasiyalara 236 min, Veteranlar İttifaqına 188 min manat verib. Federasiya "Bakcell Arena"ya 586 min, "Bayıl Arena"ya 352 min və AFFA-nın Futbol Mərkəzinə 600 min manat xərcləyib. Klublara maliyyə yardımı kimi 710 min manat ödəyən AFFA 2 042 000 manat vergi verib.


Teqlər:





Xəbər lenti