Deputatlara şok ittiham: `Oyunu satmaq istəyirdilər...`
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın futbol üzrə milli yığmasının keçmiş kapitanı Tərlan Əhmədov deyib. Onun sözlərinə görə, deputatların bu təklifi ilə futbolçularımız razılaşmayıb və əsl mübarizə üçün meydana çıxıblar:
“Həmin oyun mübarizə şəraitində keçdi və oyun 1-0 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatdı. Qarşılaşmada hətta dava-dalaş da oldu. Uzun müddət bəzi deputatlar var idi ki, deyirdilər, bu oyun Türkiyəyə verilməlidir. Çünki onlar böyük qardaşdır və s. Türkiyənin Dünya Çempionatına çıxma şansı var idi. Ona görə bu söhbətlər edilirdi.
13 il öncə bir neçə deputat bizə bildirdi ki, Türkiyə ilə oyunu uduzaq, onda bildirdim ki, Tərlan Əhmədov olaraq satılmıram. Mənim üçün vətənimin və özümün qüruru hər şeydən üstündür”.
Xatırladaq ki, bu gün Türkiyə mətbuatında yer alan xəbərə görə, T.Əhmədov 2002-ci ildə keçirilən Azərbaycan-Türkiyə oyununda qardaş ölkəyə məğlub olmaları haqda taprışıq aldıqlarını etiraf edib.
Anar Kəlbiyev