AFFA `İnter`in müraciətini qəbul etmədi
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “İnter” PİK-in müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi M.Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər 6 aylıq cəzadan isə 1 illik sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi M.Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.