AFFA klubları yenə cərimələdi

AFFA klubları yenə cərimələdi
  03 Mart 2015    Oxunub:1659
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 24-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIV turunun “İnter” – “Simurq” matçının 88-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Teqlər:





Xəbər lenti