Qarabağa yazılan mahnı Türkiyə mediasında

Qarabağa yazılan mahnı Türkiyə mediasında
  02 Mart 2015    Oxunub:2187
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın "Qarabağın səsi" mahnısına Türkiyə mediasında geniş yer ayrılıb.

Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyet"də sözləri Cəlal Qurbanova, musiqisi Tünzalə Ağayevaya məxsus olan mahnı haqqında xəbər yayımlanıb. Xəbərin orijinalını BURADAN oxumaq olar.

"Azeri müzisyen Karabağ için şarkı yazdı" başlıqlı xəbərdə mahnının sosial mediada böyük həvəslə qarşılandığı və bir neçə dilə tərcümə edildiyi qeyd olunub.

Xəbərdə həmçinin qeyd olunub ki, mahnı Mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.

Qeyd edək ki, bu xəbər "Hüriyyet"le yanaşı Türkiyənin ən nüfuzlu xəbər portallarından olan "haberler.com" və bir çox saytında da işıqlandırılıb.

Xocalı soyqırımının ildönümü öncəsi gənclər sosial şəbəkədə bu mahnını paylaşıblar və musiqinin sözləri ingilis dilinə tərcümə edilərək, dünyanın bir çox ölkəsinə göndərilib. "Qarabağın səsi" bütün radio dalğalarda da yayımlanır.

Xatırladaq ki, bəstəkar Cəlal Qurbanov vətənpərvərlik mövzusunda yazılan bir çox musiqinin müəllifidir.

AzVision.az həmin mahnını bir daha oxucularına təqdim edir:





Teqlər:





Xəbər lenti