“Arsenal” və “Atletiko” gözlənilmədən uduzdu

“Arsenal” və “Atletiko” gözlənilmədən uduzdu
  26 Fevral 2015    Oxunub:2284
Ötən gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
AzVision.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

İngiltərə təmsilçisi "Arsenal" Fransa "Monako"sunu qəbul edib. London təmsilçisi bu oyunun favoriti hesab olunsa da, rəqibinə 1:3 hesabı ilə uduzub.

Digər oyun Almaniyada baş tutub. Burada "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"su ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Hakan Çalhanoğlunun vurduğu qol "Bayer"ə 1:0 hesablı qələbə qazandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti