“Azərbaycan bundan narahatdır” – İran səfiri

“Azərbaycan bundan narahatdır” – İran səfiri
  19 Fevral 2015    Oxunub:1523
“Azərbaycan Respublikası ilə İran İslam Respublikası müxtəlif sahələrdə əlaqələrin inkişafını qarşıya məqsəd qoyublar və İranın 11-ci hökumətinin iki qonşu ölkənin münasibətlərinin möhkəmləndirilməsinə yönəlik iradəsi və iki ölkə Prezidentlərinin davamlı görüşləri və yüksək rütbəli rəsmilərinin çoxsaylı səfərləri tərəflərin strateji əlaqələrin gücləndirilməsi əzmində olduqlarının sübutudur”.
AzVision.az-ın məlumatına görə, bunu İran İslam Respublikasının (İİR)Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. O, qeyd edib ki, İİR-in xarici işlər naziri doktor Məhəmməd Zərifin Azərbaycan Respublikasına səfəri də 4 illik fasilədən sonra İİR-in xarici işlər nazirinin Bakıya ilk səfəri olması baxımından əlamətdardır və onu iki ölkə arasında əlaqələr üçün müsbət bir başlanğıc hesab etmək olar:

“Uğurla həyata keçirilmiş qarşılıqlı etimad tədbirlərindən sonra və Prezident seçkilərinin ardınca iki ölkə arasında əlaqələr ölkələr və xalqlar arasında mövcud olan bənzərsiz tarixi, mədəni və dini yaxınlıqlar səbəbindən xüsusi əhəmiyyət kəsb etmişdir və bu münasibətlər digər ölkələr üçün bir nümunə ola bilər. İran və Azərbaycan Respublikası bu gün regionda mövcud olan siyasi və təhlükəsizlik atmosferində müştərək təhdidlərlə qarşı-qarışyadırlar və müştərək imkanlara malikdirlər. Bunlardan ən müxtəlif mövzuları, o cümlədən Qarabağ münaqişəsini, Xəzər dənizinə aid məsələləri, energetika. trarnzit, narkotik maddələr, terrorizm və ekstremizm mövzularını və hətta Yaxın Şərqdə və Suriyadakı vəziyyəti və mümüm beynəlxalq məsələləri göstərmək olar. Azərbaycan Respublikası regionda ekstremizmin güclənməsindən narahatdır. Xüsusilə ona görə ki, bu ölkənin vətəndaşlarından bir qrupu təkfirçilərə qoşulublar. Bu üzdən də ekstremizm mövzusu hər iki ölkə üçün bir təhlükəsizlik məsələsidir”.

Daha sonra səfir qeyd edib ki, hər iki tərəf regional təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir: “İranın terrorizm və ekstremizmə qarşı mübarizə üzrə səyləri dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəstəklənib. İran da Azərbaycan Respublikasını daim Qafqazın giriş qapısı kimi görüb və nəinki heç zaman bu ölkəyə qarşı heç bir təhlükə yaratmamışdır, əksinə, Azərbaycana əməkdaşlıq üçün bir fürsət, bir imkan kimi baxmışdır. Belə bir zamanda doktor Məhəmməd Zərifin Bakıya səfəri böyük əhəmiyyət kəsb edir və İran Prezidentinin Azərbaycan Respublikasına səfərinin tez bir zamanda müsbət nəticə verdiyinin göstəricisidir. İki ölkə Prezidentlərinin siyasi iradəsini nəzərə alaraq, deyə bilərik ki, imkanlardan birgə istifadə və təhlükələrə qarşı birgə mübarizə İran və Azərbaycan Respublikası arasındakı münasibətləri strateji əlaqələr səviyyəsinə qaldıra və hər iki xalqın uzunmüddətli mənafelərini təmin edə bilər. Ölkəmizin Prezidentinin Bakıya son vaxtlarda baş tutmuş səfəri gedişində münasibətlərin daha da genişləndirilməsi barədə əldə olunan razılaşmalar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İranla Azərbaycan Respublikası arasında əlaqələrdə yeni bir fəslin başlanmsının zəruriliyini dəfələrlə vurğulaması belə bir fikrin döğruluğunun təsdiqidir ki, bu iki ölkə özlərinin uzunmüddətli mənafelərini təmin edilməsini planlaşdıra bilərlər. Gerçəklik budur ki, hər iki ölkədə lazımi imkanların olduğuna baxımayaraq, iqtisadi əlaqələr son illər ərzində lazımi səviyyəyə qalxmamışdır və bu yolda dayanan maniələrin aşkara çıxarılması və bu vəziyyətdən çıxış yollarının axtarılması üzrə tədbirlər görülməsi lazımdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti