Elnur “O səs Türkiyə”nin finalında - VİDEO

Elnur “O səs Türkiyə”nin finalında - VİDEO
  18 Fevral 2015    Oxunub:8804
Həmyerlimiz Elnur Hüseynov “O səs Türkiyə”nin yarımfinal həftəsində çıxış edib.
E. Hüseynov musiqisi Tofiq Quliyevə, sözləri Rəsul Rzaya məxsus olan “Yalqızam, yalqız” mahnısını ifa edib. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz 8 iştirakçı arasında gedən mübarizədə 6-lığa daxil olub.

Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.

Elnur Hüseynov yarımfinal mərhələsində ikinci çıxışı söz və musiqisi Sertap Erenerə məxsus “Vur yüreğim” mahnısı olub. Sənətçi səsvermə nəticəsində finala vəsiqə qazana bilib.







Teqlər:  





Xəbər lenti