`Qarabağın səsi` dünyaya yayılır - VİDEO

`Qarabağın səsi` dünyaya yayılır - VİDEO
  16 Fevral 2015    Oxunub:6050
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın `Qarabağın səsi` mahnısı sosial şəbəkələrdə son həftə ərzində ən çox paylaşılan musiqi olub.

Sözləri Cəlal Qurbanova, musiqisi isə Tünzalə Ağayevaya məxsus olan mahnı vətənpərvərlik mövzusunda yazılan ən təsirli musiqilərdəndir.

Mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.

Xocalı soyqırımının ildönümü öncəsi gənclər sosial şəbəkədə bu mahnını paylaşıblar və musiqinin sözləri ingilis dilinə tərcümə edilərək, dünyanın bir çox ölkəsinə göndərilib. "Qarabağın səsi" bütün radio dalğalarda da yayımlanır.

Qeyd edək ki, bəstəkar Cəlal Qurbanov vətənpərvərlik mövzusunda yazılan bir çox musiqinin müəllifidir.




Teqlər:  





Xəbər lenti