Hərbçilərimiz NATO-nun təlimlərinə gedir

Hərbçilərimiz NATO-nun təlimlərinə gedir
  14 Fevral 2015    Oxunub:1204
Azərbaycan hərbçiləri Yunanıstanda keçiriləcək NATO təlimləri ilə bağlı tədbirdə iştirak edəcəklər.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək.

Həmçinin fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji Təhlil" mövzusunda kurs keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər


Teqlər:





Xəbər lenti